Türklə ailə quran azərbaycanlı müğənni ana oldu

kamala

 

Müğənni Kəmalə Qaramollayeva ana olub.

XALQ.AZ axşam.az-a istinadən bildirir ki, beş ildir evlilik həyatı sürən Kəmalənin bir oğul övladı dünyaya gəlib.

Bu barədə açıqlama verən Qaramollayeva deyib:

“Nəhayət ki, ən böyük arzuma çatdım. Allah olmayanlara qismət eləsin. Bu hiss dünyada heç bir hisslə əvəz olunmur. Oğul anası oldum”.

Qeyd edək ki, “Azəri star” yarışmasından tanınan K.Qaramollayeva Teymur adlı Türkiyə vətəndaşı ilə ailəlidir.\