Xaçmazda 2014-cü ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat

xacmaz

Hesabatda son 6 ay ərzində rayonda görülən işlər haqqında geniş məlumat verilib.

Bildirilib ki, 2014-cü ilin I yarısında Xaçmaz rayonu üzrə ümumi məhsul buraxılışı 126,5 milyon manat, sənaye məhsulu 13,4 milyon, kənd təsərrüfatının ümumi həcmi 44,5 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 30,7 milyon manat, pərakəndə əmtəə dövriyyəsi 125,4 milyon manat, adambaşına düşən pul gəlirləri isə 746,4 manat təşkil еdib. Bu ilin ilk 6 ayında Xaçmaz şəhərinə şimal istiqamətdən Giriş Qapısı tikilib, ətraf ərazilərində geniş miqyaslı abadlıq işləri aparılib.Hesabat dövründə 687 abonent mavi yanacaqla təmin olunub. Bununla da rayon üzrə abonentlərin sayı 28146 nəfərə çatıb. Hesabat dövründə aqrar sahədə də müvafiq işlər həyata keçirilib. Bu günədək 31750 ha sahədən 72708 ton taxıl məhsulu biçilib, Hal hazıradək rayonun təsərrüfatlarından 11127 ton tərəvəz, 15064 ton meyvə, 3354 ton kartof istehsal olunub. 818 ha yeni meyvə bağı, 1 hektar üzümlük salınib ki, nəticədə rayon üzrə üzümlüklərin ümumi sahəsi 300 hektara çatıb.

Rüb ərzində rayon İcra Hakimiyyəti Başçısının ərazilərdə 24 səyyar qəbulu keçirilib, 689 vətəndaş qəbul edilib. Eləcə də RİH-də keçirilən qəbullarda 459 müraciətləri dinlənilib.
İdarə və struktur rəhbərlərinin hesabatını dinləyən Xaçmaz RİH başçısı Şəmsəddin Xanbabayev sonda öz göstəriş və tövsiyyələrini verib.