Masallıda yol qəzası: 1 yaralı

Avto-1

Masallıda bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib

XALQ.AZ-ın məlumatına görə, hadisə iyulun 17-də Masallı-Boradigah şosse yolunun rayonun Dəmirçi kəndindən keçən hissəsində qeydə alınıb.

Rayonun Bədələn kənd sakini, 1959-cu il təvəllüdlü Zülfüqar Nağdəli oğlu Nəqiyevin idarə etdiyi “Mercedes” markalı, “10 VC 308” dövlət nömrə nişanlı minik avtomobili manevr edərkən qəfildən idarəetməni itirib və yolun kənarındakı xəndəyə yuvarlanıb.

Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Masallı Regional Mərkəzinin həkim briqadasının operativ müdaxiləsi sayəsində maşından çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Müvafiq tibbi yardımdan sonra onun vəziyyəti hazırda stabil qiymətləndirilir. Xəndəyə yuvarlanmış avtomobil isə evakuator vasitəsi ilə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

İlkin versiya kimi qəzanın avtomobilin sürət həddini aşması səbəbindən baş verdiyi bildirilir. Faktla bağlı Masalı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Avto-1