Xalq artisti Rəfael və Coşqunu “Azdrama”ya buraxmayıb

Seyevus

“O vaxt Coşqungil (“Bu şəhərdə”nin aktyorları Rəfael İskəndərov və Coşqun Rəhimov)  “Azdrama”da yer götürmüşdülər ki, tamaşa oynasınlar. Onda Səyavuş Prezident Aparatına  getdi çıxdı ki, “biz bu adamları müqəddəs teatra buraxa bilmərik. Şou düzəldirlər, getsinlər,  başqa yerdə etsinlər. “Azdrama” bunlar üçün o yer deyil”.

Bu cümlələr aktyor, kinorejissor, ssenarist Əbdül Mahmudova məxsusdur.

XALQ.AZ-ın  məlumatına görə, Əbdül Mahmudov 27 iyun 2013-cü il tarixində dünyasını  dəyişmiş xalq  artisti Səyavuş Aslanla bağlı xatirələrini danışarkən görkəmli aktyorun komediyanı  meymunçuluqla qarışdıranlara qarşı sərt olduğunu açıqlayıb:

“Onun komediyasında meymunçuluq, şit bir şey yox idi. Onun komediyası vəziyyətin komediyası, aktyor sənətinin komediyası idi. Boş-boş, qarnın, orasın-burasın burcutmaqla, səsin, kiminsə ağzın yamsılamaqla, arvad qiyafəsinə düşməklə edilən komediya deyildi. Əksinə, hətta o vaxt Coşqungil (“Bu şəhərdə”nin aktyorları Rəfael İskəndərov və Coşqun Rəhimov) “Azdrama”da yer götürmüşdülər ki, tamaşa oynasınlar. Onda Səyavuş Prezident Aparatına getdi çıxdı ki, “biz bu adamları müqəddəs teatra buraxa bilmərik. Şou düzəldirlər, getsinlər, başqa yerdə etsinlər. “Azdrama” bunlar üçün o yer deyil”. Səyavuşun müraciəti qəbul olundu. O, elə şeyə çox ciddi baxırdı. Çünki həqiqətən də, Akademik Dram Teatrı bizim üçün müqəddəs bir yerdir. Səyavuş, ümumiyyətlə, həm də sənətin qeyrətini düşünüb.”