Masallıda özünü asan oğlan xilas edildi

Asdi

Masallıda intihara cəhd faktı qeydə alınıb.

XALQ.AZ-ın məlumatına görə, hadisə rayonun Kalinovka kəndində baş verib.

Kənd sakini, 24 yaşlı Əliyar Şakir oğlu Fərəcov özünü yaşadığı evdə asıb. Yaxınları tərəfindən asılmış vəziyyətdə aşkarlanan Əliyar Fərəcov dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin vəziyyətinin ağır olduğu bildirilir.

Əlyar Fərəcovun həyatına qəsd etməsinin səbəbi hələlik məlum deyil. Faktla bağlı rayonun hüquq mühafizə orqanlarında araşdırma aparılır.