Xəzər rayon sakinləri-Zibil əlindən tərpənmək olmur…..-Şikayət-Video

Xəzər rayonunun Xaşaxuna bağları ərazisində antisanitariya hökm sürür.
Sakinlər   bildirib ki, ərazidə zibil əlindən tərpənmək olmur.
“Az qala qapımızın ağzına gəlib çatır. Dəfələrlər əlaqədar orqanlara müraciət etmişik. Amma heç bir nəticəsi yoxdur. Burada xeyli insan yaşayır. Amma bircə dənə də olsun zibil konteyneri yoxdur. Antisanitariya hökm sürür. Üfunət iyindən baş çatlayır”, deyə sakinlər bildirib.
Onların sözlərinə görə, problemlə bağlı Qala qəsəbəsinin bələdiyyə sədri Mahir Novruzova müraciət ediblər. Lakin bələdiyyə sədri bu işin onlara aidiyyəti olmadığını bildirib.
“Nə bələdiyyə yaxın durur, nə icra hakimiyyəti. Bilmirik dərdimizi kimə deyək. Neçə müddətdir ki, vəziyyət belədir. Bura xəstəlik mənbəyidir. Amma heç kimi vecinə deyil”, deyə şikayətçilər vurğulayıb.

Məsələ ilə əlaqədar Xəzər Rayon İcra Hakimiyyəti ilə danışmaq mümkün olmayıb.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovdur. O, 2019-cu ildən rayona rəhbərlik edir.
Sakinlərin şikayətçi olduğu ərazidən çəkilmiş videonu təqdim edirik.

Qaynarinfo.az