Qəbiristanlıqda görüş qanla nəticələndi

Bicaq-1

Ucar rayonunda qəbiristanlıqda bıçaqlanma olub.

XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 27-də Ucar rayonunun Qazıqumlaq kənd qəbiristanlığında qeydə alınıb.

Qəbirsanlıqda kənd sakini Dayandur Hacıyev münaqişə zəminində həmkəndlisi Emil Xasməmmədova bıçaqla xəsarət yetirib.

Onların qəbirsanlıqda şəxsi münasibətlər zəmnində yaranmış mübahisəni həll etmək üçün görüşdüyü bildirilir.

Ucar rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində D.Hacıyev tutulub.

Faktla bağlı araşdırma aparılır.