Zəlimxan Yaqubun məzarüstü abidəsinin açılışı olub

zelimxan 

Yanvarın 9-da Fəxri xiyabanda, Xalq Şairi Zəlimxan Yaqubun ölümünün ildönümü münasibətilə xatirəsi anılıb və məzarüstü abidəsinin açılışı olub

XALQ.AZ xəbər verir ki, , elm, mədəniyyət xadimlərinin, ziyalıların və ictimaiyyət nümayəndələrinin iştiraki ilə keçirilən anma mərasimində akademik, Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov çıxış edərək şairin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışıb. Azərbaycan Prezidenti İlham Əliyevin şairə xüsusi qayğısı və ehtiramının olduğunu bildirib, dövlətimizin böyük şairin irsinə yüksək dəyər verdiyini deyib. Akademik şairin xatirəsinə ucaldılmış abidənin müəllifi – Xalq Rəssamı Natiq Əliyevin və memarı Tərlan Həsənovun heykəli böyük ustalıqla yaratdıqlarını söyləyib.

Mərasimdə çıxış edənlər Zəlimxan Yaqubun sözün, millətin və ölkənin qarşısında tarixi məsuliyyətini hiss edən bir şair olduğunu bildiriblər. Onun son anadək qələmi yerə qoymadığını və yazdığı şerilərin hər zaman aktual olduğunu söyləyiblər.

Vurğulanıb ki, Zəlimxan Yaqub qüdrətli qələm sahibi kimi daim ürəklərdə yaşayacaq.