Əbədi yatdığın torpağa qurban

Yaşa, Vətən oğlu!..

Yaşa, Vətən oğlu, İlham bəy, yaşa!
Yaşa Heydər oğlu, İlham bəy, yaşa!
Qələbə ovqatlı İlham bəy, yaşa!
Əsrimizin, nəslimizin cəsarətli mərdanə sərkərdəsi
Prezident Ali Baş komandanı
Qandan keçən bir qeyrətlə,
Süddən gələn bir heyrətlə,
Haqq yolunda, xalq yolunda
Məşəl etdin ürəyini,
İşıq saçdın haqq-ədalət yollarına
Qüvvət gəldi qollarına
Uçurdun divarını “keçilməz” səngərlərin.
Qaldırdın ayağa
Yaralanmış, paralanmış, Azərbaycanı
Yumruğa çevrilib birləşdi əllər-
Birləşdi ellər.
Ruhən mətinləşdi milli ordumuz,
Yağıya dağ oldu ana yurdumuz,
Neçə sədri-əzənin,
Neçə-neçə diplomatın
Yerə qoydun kürəyini.
Qalxdın Dünya kürsüsünə
Sinə gərdin bədxahlara, çıxışlara, suallara
Arxa durdun Arkadaşa.
Büdrəməsin Ağ Atın;
Oxun dəyməsin Daşa
Yaşa, Vətən oğlu, İlham bəy, yaşa!


Əbədi yatdığın torpağa qurban
(Qarabağ şəhidlərinə ithaf olunur)

Qarlı bir qış günü əsdi qara yel,
Top-tüfəng səsindən diksindi anan.
Qundaqda yuxuda gülümsəyirdin,
“Bundan muğayat ol”, – söylədi atan.
Süd ətri qoxuyan qundağa qurban.
Qırılıb töküldü qapı-pəncərə,
Atan gülüşünü görə bilmədi.
Həyəcan içində çırpınan anan
Dağınıq saçını hörə bilmədi.
Əlində darağı saçında qaldı,
Dağınıq saçdaki darağa qurban.
Alıb qucağına qaçırtdı anan,
Böyüdün, vurnuxdun yad qapılarda.
“Təkcənə oğlusan ata-ananın.
Evlənmək vaxtındır, sözümün canı…” –
Deyəndə anan,
Bərk-bərk qucaqlayıb öpdün alnından:
– Yerdə qalmayacaq atamın qanı! – oldu cavabın.

Bir də yağı düşmən quduran zaman
Əsgər paltarında doğma diyara
Atanın qanını getdin almağa.
Aldın da…
Birdən avtomatda qurtardı güllə,
Bir neçə dığanı gəbərtdin əllə.
Ancaq qələbə gününə bircə gün qalmış
Özün də qovuşdun əbədiyyətə.
Üstünə çəkildi üç rəngli bayraq,
Yataq otağın da – müqəddəs torpaq.
Əbədi yatdığın torpağa qurban!

Xeyrulla Əliyev, 2020

Jurnalist, ədəbiyyatşünas, fəlsəfə doktoru, Azərbaycan Milli Məclisin sabiq üzvü, AMEA-da aparıcı elmi işçi