Əfqanıstanda prezident seçkilərinin nəticəsi açıqlanıb.
XALQ.AZ-ın məlumatına görə, iyunun 14-də Əfqanıstan İslam Respublikasında prezident seçkilərinin ikinci turu keçirilib.
Səsvermənin ikinci turunda mübarizə sabiq xarici işlər naziri Abdullah Abdullah və keçmiş maliyyə naziri Əşrəf Gani Ahmedzey arasında aparılıb.
İyulun 7-də Əfqanıstan Azad Seçki Komissiyası səsvermənin nəticələrini açıqlayıb.
Bildirilir ki, səsvermədə iştirak etmiş seçicilərin 56,49 faizi Ə.G. Ahmedzeyə, qalanları isə A.Abdullaha etimad göstərib.