Əfv edilənlər azadlıqda – Foto

Əfv sərəncamının icrası 17 saylı cəzaçəkmə müəssisəsində davam edib.

Cəzaçəkmə müəssisəsindən 13 məhbus əfv olunub.

17 saylı cəzaçəkmə müəssisəsinin rəisi Vüsal Aslanov məhkumları təbrik edib.

Qeyd edək ki, Nardaran hadisələri zamanı həbs olunan iki məhkum və Kamerun Respublikasının vətəndaşı Hongla Samuel 17 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

****

Əfv sərəncamının icrası 12 saylı cəzaçəkmə müəssisəsində davam edib.

Azadlığa buraxılanlar arasında Gürcüstan vətəndaşı Merab Çabaşvili də var.

*****

Əfv sərəncamının icrası 13 saylı cəzaçəkmə müəssisəsində davam edib.

zaçəkmə müəssisəsinin rəisi polkovnik-leytenant Azər Hacıyev bildirib ki, 41 nəfər prezidentin amnistiya sərəncamına əsasən azadlığa buraxılır.

11:29

Əfv sərəncamının icrası 9 saylı cəzaçəkmə müəssisəsində davam edib.

Cəzaçəkmə müəssisəsinin rəisi Baba Gülməmmədov bildirib ki, doqquz nəfər cəzasının qalan hissəsindən azad edilib:

“Prezident İlham Əliyevin imzaladığı sərəncamlar arasında budəfəki əfv xüsusilə seçilir. Cümhuriyyətimizin 100 illiyi münasibətilə bu il cənab prezidentimiz 600 nəfərdən çox məhbusu cəzalarının qalan hissəsindən azad edib.

9 saylı cəzaçəkmə müəssisəsində doqquz nəfər əfv olunaraq azadlığa buraxılır. Ümid edirik ki, bu gün əfv olunan məhkumlar bir daha məhkumluq həyatı yaşamayacaqlar”.

****

1995-ci ildən bu günə qədər əfv olunanların sayı açıqlanıb.

Bu barədə Ədliyyə Nazirliyinin Pentensiar xidmətinin əməliyyat rejim idarəsinin rəisi, polkovnik Mirsaleh Seyidov məlumat verib.

Onun sözlərinə görə, 1995-ci ildən bu günə qədər 7542 məhkum əfv sərəncamı ilə azadlığa buraxılıb.

****

Əfv sərəncamının icrası 2 saylı cəza çəkmə müəssisində davam edib.

Cəzaçəkmə müəssisəsinin rəisi Fikrət Qafarov 2 saylı cəzaçəkmə müəssisəsindən əfv olunan 62 məhkumu təbrik edib:

“Bu dəfə cənab prezidentin sərəncamı ilə 600 nəfərdən çox məhkum əfv edilərək azadlığa buraxılıb. Ümid edirik ki, bundan sonra heç birinizin yolu bu müəssisələrə düşməyəcək”.

Daha sonra əfv olunan 62 məhbusa azad olunmaları ilə bağlı bülletenlər paylanılıb.

Azadlığa çıxan məhbuslar əfv olunduqları üçün prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.

****

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə mayın 24-də imzaladığı əfv sərəncamının icrasına başlanılıb.

Sərəncam ümumilikdə 634 nəfərə şamil olunub.

Məhkumlardan 607-si azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad olunub.

Bundan başqa, doqquz məhkum şərti azadlıqdan məhrumetmə, altı məhkum islah işləri, 11 məhkum isə cərimə cəzasından azad edilib.

 

 

Orxan