“Əgər istəməsələr, gedə bilərlər” – Əməkdar jurnalist

“Baku Network” platformasında “Tofiq Abbasovla dialoq” analitik video layihəsinin növbəti buraxılışı yayımlanıb.

Verilişin qonağı Əməkdar jurnalist, publisist və ssenarist Nadejda İsmayılova olub.

O, Qarabağın erməni sakinlərindən bəhs edərək bildirib ki, Azərbaycan cəmiyyətinə inteqrasiya edən ermənilər özləri və gələcək nəsilləri barədə düşünməlidirlər.

“Azərbaycan qeyd-şərtsiz Ermənistan sakinlərinin təhlükəsizliyini təmin edəcək və onlar Azərbaycan vətəndaşları olacaqlar. Əgər istəməsələr, gedə bilərlər”, – deyə Nadejda əlavə edib.

Trend oxucuların ixtiyarına verilişin tam buraxılışını təqdim edir.