Əhali Xankədidən qaçır-SON MƏLUMAT

Xankəndidəki xunta rejimi orada yaşayan ermənilər üçün elə bir dəhşətli bir vəziyyət yaradıb ki, artıq hamı onların əlindən qaçıb canını qurtarmaq istəyir.

XALQ.AZ xəbər verir ki, bunu Xankəndidə yaşayan erməni ekspert Arşak Abramyan deyib.

Onun sözlərinə görə, qondarma “rəhbərlər” özünü hər şeylə təmin etdiyindən heç biri çöldə baş verənləri görmək üçün camaatın yanına getmir.

“Bu gün kabinetində oturanlar nə baş verdiyini görmək üçün aşağı düşmürlər. Bu, biabırçı vəziyyətdir.

Otururlar, özləri üçün qanun qəbul edirlər, camaatı küçələrə atırlar. Yaxşısı odur ki, ayağa qalxıb camaata desinlər ki, cəngəllik qanunu ilə yaşamalısan, bacardığın qədər yaşa. Bu belə davam edə bilməz”, – ekspert qeyd edib.

O əlavə edib ki, insanların əsəbləri dəhşətli dərəcədə gərgindir: “Sahibi olmayan bir yerdəyik. Camaatın qayğısına qalan yoxdur”.

Onun fikrincə, bütün bunlar qəsdən edilir: “İnsanları elə vəziyyətə salıblar ki, iyrəniblər, hər şeyi buraxıb qaçmaq istəyirlər. İnsanlar elə vəziyyətə düşüblər ki, onlar maraqlandırmırlar ki, kim hansı vəzifəni daşıyır. İnsanlar artıq öz həyatları və övladlarının həyatı ilə maraqlanır. Bu uzun müddət belə davam edə bilməz. Vəziyyət belə davam edərsə, mütləq partlayış olacaq. Dəhşətli vəziyyətdir”.