Əhalinin DİQQƏTİNƏ: Bu tarixdən dollara tələbat artacaq

Mərkəzi Bankın məlumatına görə 2022-ci ilin aprel ayında banklar əhaliyə mart ayı ilə müqayisədə 37% az, 164.16 milyon nağd ABŞ dolları satıblar. Əvəzində isə banklar əhalidən 167.8 milyon nağd dolları alıblar. Bu da öncəki ayla müqayisədə 67% artım deməkdir.

Xalq.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, “Əhalinin “sandıqdakı dollar”ları bazara çıxarmasının bir səbəbi qiymət artımıdır.

Digər səbəbi isə ənənəvi olaraq mart-aprel aylarında əhalinin oturaq həyat tərzi keçirməsidir. Yəni bu aylarda xaricə səfər edənlərin sayı azalır. Ona görə də yaz aylarında əhalinin dollara olan tələbatı bir qayda olaraq azalır”.

İqtisadçı-ekspert dollara tələbətın azalmasında Ukrayna-Rusiya münaqişəsinin də müəyyən rol oynadığını bildirib. Çünki, məlum səbəblərdən Ukrayna ilə ticari əlaqələrimiz xeyli azalıb.

Natiq Cəfərli sonda bildirdi ki, may-iyun aylarında da əhalinin dollara olan tələbatında dinamika gözlənilmir. Yalnız iyul ayından başlayaraq dollara tələbat artacaq. Bu da yeni dərs ilinə, yeni mövsümə və istirahətə gedənlərin hazırlığı ilə əlaqədardır.