Deputat əhalinin narahat edən məsələlərlə bağlı təklif verdi

 

Deputat: Bakıda yeni parklanma qiymətləri əhalinin qazancına uyğun deyil

Bakının mərkəzi hissələrindəki yeraltı və yerüstü parklanma ərazilərində aprelin 1-dən qiymətlərin 2,6 dəfəyədək bahalaşacağı barədə anons verilib.

Sosial şəbəkə istifadəçiləri belə bir qərara kəskin etiraz edərək, müxtəlif rəylər paylaşıblar.

 

Sözügedən qərar haqqında “Report”a danışan Milli Məclisin deputatı da qiymətlərin baha olduğunu deyibl.

Millət vəkili Vüqar İsgəndərov qeyd edib ki,avtomobilin 1-2 saatdan çox paklanmada saxlanmasının insanlara çox baha başa gəldiyini hesab edir.

O vurğulayıb ki, Bakıda tıxacların qarşısının alınması üçün konkret və gərgin iş görülür, müvafiq mərkəzi icra hakimiyyəti orqanı qanunsuz paklanma, bu sahədə xaosun qarşısının alınması üçün lazımi addımlar atır:

Millət vəkili Vüqar İsgəndərov

“Bütün bu tədbirləri alqışlayırıq. Lakin indiki situasiyada paklanma ilə bağlı problemlərin qaldığını, hətta ictimai narazılığın mövcudluğunu inkar edə bilmərik. Paytaxtda parklanma qiymətlərinin baha olduğu heç kimə sirr deyil. Avtomobilin 1-2 saatdan çox paklanmada saxlanması insanlara çox baha başa gəlir. Qiymət 5, 8, hətta 10 manatdan da çox olur. Təbii ki, bu, insanların ciblərinə uyğun deyil.

Bundan başqa deput parklanma sisteminin işləməsi ilə də narazılığı olduğunu deyib.

“Sistemi təkmilləşdiriblər və yenisinə görə parklanma ödənişi smartfonla idarə edilməlidir. Sakinlər var ki, ümumiyyətlə, mobil telefon işlətmir və ya işlətsə də bu, smartfon deyil. Bu zaman onlar çətinlik çəkirlər”, – o deyib.

Deputatın sözlərinə görə, hüquqi cəhətdən yanaşdıqda, sakinlərdən paklanma ödənişini mütləq mobil telefonla həyata keçirmək tələbi düzgün deyil:

“Müvafiq orqanlar bu sahədə daha yeni və əlçatan üsulun tapılması üçün işlər görməlidirlər. Ümumilikdə, qiymətlərdəki bahalaşma artıq hiss olunur və paklanma ödənişləri metodu təkmilləşdirilməlidir