Əkiz qüllələr Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırıldı

Qətərin Doha şəhərindəki “Al Jaber Twin Tower” əkiz qüllələri Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb.

Bu, 28 May-Müstəqillik Günü münasibətilə təşkil olunub.

Binanın üzərində “Müstəqillik gününüz mübarək” sözləri yazılaraq xarıbülbül gülü də təsvir edilib.