Ələt Ekoparkının açılışı olub

Bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində Ələt Ekoparkının açılışı olub.

Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov iştirak edib.

O, sakinlərlə görüşü zamanı bildirib ki, Ələt Ekoparkı təkcə istirahət və əyləncə məkanı deyil, həm də günəş enerjisindən səmərəli istifadə nümunəsi olacaq.

“Yeni Ekoparkın ən heyranedici xüsusiyyətlərindən biri günəşdən enerji alan fənərlərdir. Bu, nəinki enerji sərfiyyatını və zərərli emissiyaları azaldır, həm də parkı işıqlandıraraq unikal atmosfer yaradır”, – deyə başçı qeyd edib.

İcra başçısı parkda idman imkanlarının da olduğunu qeyd edib: “Yeni ekoparkda idman bacarıqlarını artırmaq və yaxud dostları ilə aktiv oyunlarda vaxt keçirmək istəyən hər kəsi qəbul etməyə hazır olan basketbol və futbol meydançaları tikilib. Bu oyun meydançaları həm uşaqlar, həm də böyüklər üçün əlçatan olacaq, sağlam həyat tərzini və aktiv hərəkəti təşviq edəcək. Bundan əlavə, parkda yelləncəklər var. Yelləncək illər boyu uşaqları sevindirəcək təhlükəsiz və rahat konstruksiyadır”.