Əli Əhmədov görüş keçirib

99

YAP-ın Sədr müavini Əli Əhmədov Sudan Prezidentinin köməkçisi Nafiə Əli Nafiə Əhmədin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir

Noyabrın 1-də YAP-ın Sədr müavini – İcra katibi, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov Sudan Prezidenti Ömər Əl Bəşirin köməkçisi, Sudan Milli Konqres Partiyasının sədri Nafiə Əli Nafiə Əhmədin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

 

Görüşdə Azərbaycan Respublikası ilə Sudan Respublikası arasında qarşılıqlı münasibətlərin mövcud durumu və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılmışdır. Azərbaycan ilə Sudan arasında iqtisadi əlaqələrin genişləndirilməsi və qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsinin əhəmiyyət kəsb etdiyi vurğulanmışdır. 

 

Görüşdə həmçinin, Yeni Azərbaycan Partiyası ilə Sudan Milli Konqres Partiyası arasında İCAPP çərçivəsində yaranmış əlaqələrin daha da genişləndirilməsi istiqamətində müzakirə aparılmış, qarşılıqlı səfərlərin həm partiyalar, həm də ölkələr arasında münasibətlərin daha da inkişaf etməsinə və möhkəmlənməsinə töhfə olacağı bildirilmişdir. 

 

YAP İcra katibinin müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzov görüşdə iştirak etmişlər.