Əli Məsimli təkliflə çıxış etdi

Milli Məclisin noyabrın 21-də keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli Azərbaycanda yaşayış minimumu və ünvanlı dövlət sosial yardımı haqqında qanunlara dəyişiklik edilməsi barədə hazırladığı iki qanun layihəsi barədə məsələ qaldırıb.

Millət vəkili bildirib ki,uzun illərdir ki,Milli Məclisdə büdcə zərfi müzakirə olunarkən ehtiyac meyarı məsələsini iki aspektdən-onun məblği və məzmunu baxımından dəyərləndirərək əvvəla,bu göstəricinin məbləğ baxımından aşağı olduğunu bildirməklə yanaşı, həm də ləğv edilməsi məsələsini də qaldırmışıq.Ehtiyac neyarı 2023-cü ildə 23 faiz artırılaraq 246 manata çatdırıldı.Gələn il üçün isə 9,7 faiz və ya 24 manat artırılıb 270 manata çatdırılır. Artıq ikinci ildir ki,ehtiyac meyarı məbləğ baxımından həm də yaşayış minimumuna çatdırılır. Əli Məsimli bu iki göstərinin büdcə zərfində məbləğ etibarı ilə eyni səviyyədə götürülməsini müsbət qiymətləndirməklə yanaşı, həm də bildirib ki, istər minimum əmək haqqı,istər yaşayış minimumu və ehtiyac meyarı olsun,bunların heç biri minimum tələbatı belə ödəmir. Millət vəkili əlavə edib ki, meyar-ölçü deməkdir və onun aşağı həddinin yaşayış minimumundan aşağı götürülməsi düzgün deyil. Beynəlxalq praktikada bir qayda olaraq əhalinin gəlirləri sahəsində minimum dövlət təminatı yaşayış minumumuna uyğun olaraq tənzimlənir. Bu baxımdan ehtiyac meyarını ləğv edib, ”aztıminatlı ailələ” məvhumunun müəyyənləşdirilməsində, eləcə də ünvanlı dövlət sosial yardımının verilməsində yaşayş minimumu göstəricisindən istifadə edilməsinin vacib hesab edirik. Amma bu mexaniki şəkildə həll olunası iş deyil. Qanunvericilikdə müvafiq dəyişilkilər tələb edir. Bununla əlaqədar olaraq 2024 -cü ilin büdcə zərfinin VI kitabında öz əksini tapan yeni qanun layihələri arasına bizim hazırladığımız “Yaşayış minimumu haqqında” Azərbaycan Qespublikasının Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu və “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasın Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununun da daxil edilməsini vacib hesab edirik. Bu məsələ qanunla müəyyən edilmiş qaydaya salınmalııdr ki, növbəti illərdə ehtiyac meyarı ilə yaşayış minimunun nisbətinə münasibtdə “bir addım irəli-iki addım geri” prinsipinin tətbiq edilməsinə yer qalmasın.

Əli Məsiməli onu da əlavə edib ki,bu yeni qaydanın tətbiqi yaşyış minimumu hesablanarkən istifadə olunan minimum istehlak səbətinə də yenidən baxılmasını zəruri edir.Belə ki, Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi Nazirlər Kabineti tərəfindən 2014-cü ildə təsdiq edilib. Postpandemiya dövrü bu vacib sosial sənədə yenidən baxılmasını və bir sıra dəyiiklilər edilməsini zəruri edir. Məsələn ,minimum istehlak səbətinin ərzaq məhsullarıan aid olan hissəsində ət və ət məhsullarının illik kəmiyyəti 33 kiloqrama yaxın göstərilib ki,bu rəqəm artırılmalıdır. Qeyri-ərzaq malları bölməsində palto tipli üst geyimlərinin,ayyaqqabının,corabın və s. geyimlərin istifadə müddəti qısaldılmalı və ya orada müəyyən olunmuş müddətlərdə miqdarı artırılməlıdır. Minimum istehlak səbətində internet xidmətlərindən istifadə haqqı bir ailə üçün gündə 1 saat götürülüb ki,hazırkı reallıqlar şəraitinə heç cür uyğun deyil. Bunu real rəqəm səviyyəsinə çatdırmaq lazımdır.Eyni zamanda minimum istehlak səbətinə yenidən baxılanda onun strukturunun insan kapitalı baxımından xeyli təkmilləşdirilməsini, oraya təhsil, səhiyyə, sosial həyatla bağlı bir sıra vacib xərclərin də əlavə edilməsini zəruri hesab edirik.