Əlil oğlu üçün şer yazdı

11

Xalq.az-ın elektron poçtuna oxucularımızdan olan Saleh Seyfullayev məktub göndərib.Məktubda bildirilir ki, 4 yaşlı olan övladı əlildir  balaca Əli  üçün təskinlik tapmaq üçün şeirlər yazır. Yazdığı şeirləri təqdim edirik.

Oğlum Əli üçün

Sənin gözlərindən ilham alıram,
Sənin baxışınla qalxır həvəsim.
Sənin gülüşündən mən kam alıram,
Səsinlə ucalır eşq dolu səsim.

 

Sənin baxışındır saxlayır məni,
Qaranlıq yollarda azmağa qoymur.
Sənin fikirlərin haqlayır məni,
Qaranlıq yollarda azmağa qoymur.

 

Sənin fikirlərin qəlbimdə düyün,
Sevincin şirindir, dərdin acıdır.
Mənim həyatıma sən gəldiyin gün,
Ömrümün koordinat başlanğıcıdır.

 

Adın gör kiminlə çəkilir qoşa,
Bu yerlər, bu göylər, dənizlər sənin.
Adınla ucalıb, adınla yaşa,
Adını mələklər əzizlər sənin…

 

 

 

 

 

 

 

Əli balam üçün
(4 yaşı olmasına baxmayaraq yerimir və danışmır)

 

Susdum yalanıma, susdum doğruma,
Səsim yetsin sənə hay götür allah.
Kəs mənim ömrümü cala oğluma,
Ömrümdən ömrünə pay götür allah.

 

Üz tutub özünə min sual eylə,
Qoy doğru danışsın, yalan danışsın.
Kəs mənim dilimi, məni lal eylə,
Qoy dili açılsın balam danışsın.

 

Gözümün işığın gözlərinə ver,
Seçsin haqq-nahaqqı caymasın balam.
Dizimin taqətin dizlərinə ver,
Yerisin, yerində saymasın balam.

 

Bu haqsız dünyada məni yaşadır,
Onun gözlərinin nuru, ilahi.
Əlinin adıyla adı qoşadır,
Onu öz adıyla qoru ilahi !!!

30.12.2013-cü il

 

 

 

 

 

Bir bəndlik şeirlərim

 

Bizimdi vətənin hər qarış yeri,
Bizimdi torpaqlar, çaylar, yosunlar.
Vətən torpağını sevməyənləri,
Vətən torpağında basdırmasınlar…

 

Ağlasan dərdlərin itəcək ata,
Drədlərin gözünün yaşı üstədir.
Cənnət analrın ayağı altda,
Allah ataların başı üstədir.

 

Sən də mənim qədər sızladın görən,
Qəlbinə həsrətdən de qoydunmu iz?
Ay mənim ömrümü zülmə döndərən,
Yenə də mənimçün əzizsən, əziz…

               

 

Saleh Seyfullayev