Əlillərə maşın verildii

82

 

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 100 nəfər müharibə əlinə “NAZ-Lifan” markalı minik avtomobillərinin açar və sənədləri təqdim olunub.

Xalq.az-ın APA-ya istinadən məlumatına görə, onlardan 95 nəfəri Qarabağ müharibəsi, 5 nəfəri isə 20 Yanvar əlilidir.

Tədbirdə prezident İlham Əliyevin əlillərə, o cümlədən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş insanlara göstərdiyi diqqət və qayğıdan söhbət açılıb. Qarabağ müharibəsi və 20 Yanvar əlilləri göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, hazırda təqdim olunan avtomobillər də daxil olmaqla indiyədək müharibə əlillərinə 3906 ədəd minik avtomobili verilib. Azərbaycan prezidentinin 23 dekabr 2013-cü il tarixli sərəncamına əsasən, ayrılmış vəsait hesabına növbədə dayanan daha 700 nəfərdən artıq Qarabağ əlilinin cari ildə avtomobillə tam təminatı həyata keçiriləcək.

Əlil və şəhid ailələrinə mənzillərin, həmçinin əlillərə avtomobilin verilməsində şəffaflığın təmin olunması və ictimai nəzarətin gücləndirilməsi məqsədilə mənzil və avtomobil alanların, eyni zamanda mənzil və avtomobillə təmin edilmək üçün növbədə dayananların siyahıları nazirliyin rəsmi internet saytının ön səhifəsində ictimaiyyətə təqdim edili