Əməkdar artist dünyasını dəyişdi

78

 

Respublikanın əməkdar artisti Tofiq Qarayev uzun sürən xəstəlikdən sonra Ağdam Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib. 

 

Xalq.az  APA- ya istinadən xəbər verir ki, əməkdar artist dünən gecə vəfat edib.

Bu gün Ağdam Dövlət Dram Teatrında Tofiq Qarayevlə vida mərasimi keçirilib.

Mərasimdə Ağdam Rayon İcra Hakimiyyətinin, rayondakı digər idarə və təşkilatların kollektivləri, incəsənət nümayəndələri, mərhumun dostları və ailəsi iştirak ediblər.

T. Qarayev Quzanlı qəbirstanlığında torpağa tapşırılıb.