Əməkdar artist nitqini itirə bilər

 

mehriban xanlarova

Azərbaycan Respublikasının Əməkdar artisti Mehriban Xanlarovanın nitqində problem yaranıb. Bununla bağlı “Axar.az”a danışan aktirasanın bacısı Lalə Atayeva bildirdi ki, aktrisa gələn həftə yenidən danışmağa başlayacaq.

“Son günlərdə Mehriban xanımın səsində problem yaranıb. Həkimlər ona danışmağa icazə vermirlər. Amma hər şey qaydasındadır. Gələn həftədən normal həyatına davam edəcək. Həkimlər səs tellərində soyuqluq yarandığını bildiriblər. Düzdür, bu, mediada şişirdirilmiş bir formada anlaşıldı, amma ciddi bir problem yoxdur”. Əgər danışsa, səsi tamam bata bilər…

Əməkdar artistin bacısı bunu da əlavə edib ki, diqqətli olmaq lazımdır: “Həkimlər ona son günlərdə hədsiz diqqətli olmağı tapşırıb. Bildirdilər ki, əgər deyilənlərə riayət etməsə, səsini itirə bilər”.

Qeyd edək ki, aktrisa hazırda ev şəraitində müalicə alır.