Əməkdar artist vəfat etdi

Əməkdar artist Rafiq Hüseynov 77 yaşında dünyasını dəyişib.

XALQ.AZ xəbər verir ki, aktyor uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, Rafiq Hüseynov 1972-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışıb. O, aktyorluqdan əlavə rejissor kimi də bir neçə tamaşaya quruluş verib.

1991-ci ildə “əməkdar artist” adına layiq görülüb.

Allah rəhmət eləsin.

Rafiq Hüseynov vəfat etdi

 

 

Orxan