Əminə Ərdoğan Bakıya səfəri ilə bağlı paylaşım edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı, ölkənin birinci xanımı Əminə Ərdoğan sosial media hesabında Bakıya səfəri ilə bağlı paylaşım edib.
Əminə Ərdoğan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə birlikdə İçərişəhəri gəzib.
“Dostum, Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva ilə Bakının tarixi özəyi olan İçərişəhərdə oldum. YUNESKO tərəfindən ən qədim yaşayış məskəni kimi qorunan bu müstəsna bölgə bir çox fərqli mədəniyyətin izlərini daşıyır”, – deyə Türkiyə liderinin xanımı yazıb.