Əminə Ağazadə şahid ailəsini ziyarət etdi

Milli Məclisin deputatı Əminə Ağazadə şəhid Nahid Mikayılovun ailəsini ziyarət edib.

Nahid Mikayılov Vətən müharibəsinin ilk günlərindən ön xətdə düşmənlə üz-üzə döyüşən qəhrəmanlarımızdandır.

Bir neçə rayonun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.

Millət vəkili Əminə Ağazadə şəhid ailəsinin qayğıları ilə maraqlanıb.