Ən qədim qılınc tapılıb (FOTO)

Qilinc

Çinin şərq əyalətində 11 yaşlı oğlan çayda əlini yuyarkən böyük taıntı əldə edib.

XALQ.AZ-ın məlumatına görə, suyun içində iti bir şey hiss edən uşaq polad qılıncı qazaraq çıxarıbr. Tapıntısını evə gətirdikdən sonra xəbər yayılır və qılınca külli miqdarda pul təklif edənlər olur.

Uşağın atası təkliflərə baxmayaraq tapıntının satışını qeyri-qanuni sayaraq hökümətə təhvil verir və məlum olur ki, qılınc Şan və ya Çjou sülaləsinə aid olaraq 3 min yaşa malikdir.

Ümumiyyətlə Çin qədim artefaktların xəzinəsini özündə gizlədir.

Keçən il bu ölkədə axeoloqlar dünyanın məlum olan ən qədim yazı formasını tapıblar. Tapıntının 5 min il yaşı var.

Bir neçə ay keçdikdən sonra isə ölkənin şimal-qərbində ən qədimi Çin üçün ən böyük sayılan tarix-öncəsi şəhərindən 80 insan kəlləsi tapılıb ki, binların da yaşı 4 min il hesablanır.

Qilinc