Ən sürətli lift hazırlandı

Lift

Yaponiyanın nəhəng Hitachi Ltd elektrotexnika istehsalçısı dünyanın saatda 72 km sürətlə hərəkət edən ən sürətli liftini təqdim edib. Yerli NHK telekanalının məlumatına görə, lift 1-ci mərtəbədən 95-ci mərtəbəyə 43 saniyəyə qalxır.

Əvvəllər ən sürətli lift 60,6 km/saat sürətlə hərəkət edən Tayvan lifti hesab edilib.
Hitachi mütəxəssislərinin sözlərinə görə, yüksək sürətə daha güclü mühərrik və yüngül burazlar sayəsində nail olunub.

XALQ.AZ ICTnews-a istinadən bildirir ki, yeni qurğudan növbəti ildən Çinin Quançjou şəhərində inşası davam etdirilən və hündürlüyü 530 m təşkil edən 111 mərtəbəlik binada istifadə planlaşdırılır.

Şirkət nümayəndəsi Tosiyuki Ononun sözlərinə görə, Hitachi texnologiyanı Çin bazarında (liftlərə olan dünya tələbatının 60 faizi bu ölkənin payına düşür) inkişaf etdirmək niyyətindədir.