Ən zəngin ailələr

Blomberq dünyanın ən zəngin ailələri barədə yazı yayımlayıb. Sfera.az xəbər verir ki, siyahıda qeyd olunan ailələrin sərvəti pandemiya dönəmində azalmaq əvəzinə çoxalıb.
Ən zəngin ailələr siyahısının top 5-liyi isə belədir:
5. Əl Suud ailəsi: Kral ailəsinin sərvətinin 100 milyard dollardan çox olduğu təxmin edilir. 
4.HERMES ailəsi: Ailə yüz minlərlə dollarlıq Birkin çantaları ilə məşhur olan Fransız lüks moda şirkətinə sahibdir. Şirkətdə yüksək vəzifələrdə çalışan ailə üzvləri arasında Pierre-Alexis Dumas və Axel Dumas da var. 
3. Koch Ailəsi: Çarlz və David qardaşlar illik gəliri 115 milyard dollar olan “Koch Industries”ə sahibdirlər.
2. Mars ailəsi: Frank Mars 1902 -ci ildə 19 yaşında doşab satmağa başlayıb. Daha sonra o, işlərini böyüdərək M&Ms və şokoladları ilə tanınan Mars şirkətini yaradıb. Ailənin ümumi sərvəti 141.9 milyard dollardır. 
1. Uolton ailəsi: “Walmart” dünyada 1050-dən çox mağazadan ibarət 559 milyard dollarlıq satışla, gəlirinə görə dünyanın ən böyük pərakəndə satıcısıdır. Uolton ailəsi dünyanın ən böyük sərvətinin əsasını təşkil edən pərakəndə satış şirkətinin 48%nə sahibdir. Ailənin ümumi sərvəti isə 238.2 milyard dollar təşkil edir.