Ənvər Seyidəliyevin «sirri» açıldı

65

Ağsuda abadlıq işlərində istifadə olunan üzlük daşlar icra başçısının sexində hazırlanırmış

 

Ağsuda həyata keçirilən tikinti və abadlıq işlərində istifadə olunan tikinti materiallarının böyük bir qisminin kimlərə məxsus olmasının üstü açılıb. Xalq.az-a verilən məlumata görə, rayonda istifadə olunan qeyd edilən materialların əksəriyyəti icra başçısı Ənvər Seyidəliyevin nəzarətində olan sexlərdə istehsal olunurmuş.

 

Məlumatlarda deyilir ki, uzunmüddətdir bu məqsədlə sexlər yaratmış icra başçısı büdcə pullarını asanlıqla yığmağın yolunu tapıb. Lakin bu sexlərin başına təyin etdiyi adamların heç biri ilə qohumluq əlaqəsi olmadığından heç bir şübhə doğurmayıb. Amma bir müddət sonra məlum olub ki, sexlərə Ağsuda sıradan adamlar rəhbərlik etsələr də, onlara nəzarət birbaşa icra başçısının yaxın qohumları edirlər. Elə sirrin də üstü burada açılıb.

 

Maraqlı məqamlardan biri də odur ki, sözügedən sexlərdə hazırlanmış həmin tikinti materiallarının qiymətləri də şişirdilib. İcra başçısının göstərişi ilə həyata keçirilən prosesin gizlədilməsi isə bir neçə il davam edib. Hətta o da iddia olunur ki, bir müddət əvvəl Ağsuya ayrılmış 6 milyon manatın böyük bir qismi də məhz bu cür «qara əməliyyat»lara xərclənib. Söhbətin üstünün açılmayacağına isə əmin olan Ənvər Seyidəliyev rahatlıqla bildiyini edib.