Ərdoğan Ban Ki-munla görüşdü

Erdogan-1

Prezident seçildikdən sonra ilk dəfə Amerika Birləşmiş Ştatlarına səfər edən Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT-nin Baş katibi Ban Ki-munla görüşüb.

XALQ.AZ-ın məlumatına görə, görüş BMT-nin Baş ofisində, BMT-nin Baş Assambleyası çərçivəsində baş tutub.

Mətbuata qapalı şəkildə keçən görüşdə Suriya və İraq da daxil olmaqla, regiondakı vəziyyətin müzakirə edildiyi bildirilir.