Ərdoğanla Makronun görüşü başlayıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa prezidenti Emmanuel Makronla görüşü başlayıb. 

XALQ.AZ xərbər verir ki, görüşdə ikitərəfli məsələlər müzakirə edilib.
Bu görüşdən sonra Türkiyə prezidenti Böyük Britaniyanın baş naziri Boris Consonla, daha sonra Almaniya kansleri Angela Merkellə, sonra isə Yunanıstanın baş naziri Kiryakos Miçotakis ilə bir araya gələcək. 
Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Cozef Baydenlə görüşü isə Türkiyə vaxtı ilə saat 18.00-da olacaq.