Ərdoğan Salmanla, Putin Trampla salamlaşmadı-Video

Argentinanın paytaxtı Buenos-Ayresə iki gün davam edəcək G-20 Sammiti maraqlı anlarla yadda qalıb.

XALQ.AZ xarici mediaya istinadən xəbər verir ki, sammitə qatılan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salmanla, Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp salamlaşmayıb. Xatirə fotosu çəkilərkən şahzadənin Ərdoğana göstərdiyi üz mimikası isə fotoqrafların diqqətindən yayınmayıb.

Ərdoğanla Salmandan fərqli olaraq, Putin səudiyyəli şahzadə ilə olduqca səmimi şəkildə görüşüb. Ancaq zala daxil olan Trampı görməzlikdən gələn Putin onunla salamlaşmayıb.

Orxan