Ərdoğan Xamneyiyə teleqram vurdu

Xamneyi

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan İranın ali dini lideri Əli Xamneyiyə teleqram vurub.

XALQ.AZ-ın xəbərinə görə, Ərdoğan bu addımı ali dini liderin keçirdiyi əməliyyata görə atıb.

Türkiyə Prezident Administrasiyası mətbuat mərkəzindən verilən xəbərə görə, tibbi əməliyyatın uğurla başa çatmasına görə məmnunluq hissetdiyini bildirən prezident Ərdoğan ali dini lider Əli Xamneyiyə ən qısa vaxtda yenidən sağlığına qovuşmasını arzulayıb.

Xatırladaq ki, Ayətullah Əli Xamneyi sentyabrın 7-də prostat vəzindən əməliyyat olunub.