Ərdoğana ağır itki

erd
XALQ.AZ Terkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xalası oğlu Mehmet Aydoğan, böyrəyində yaranan xəstəliklə bağlı xəstəxanaya müraciət etmişdi. 2 ay əvvəl, Mehmet Aydoğan’a, Ege Universiteti Tibb Fakültəsi Xəstəxanasında oğlunun böyrəyi köçürülmüşdü. Müvəffəqiyyətli əməliyyatın ardından xəstəxanadan çıxarılan Mehmet Aydoğan, bir neçə gün əvvəl yüksək qızdırma şikayəti səbəbi ilə təkrar eyni xəstəxanaya qaldırılmışdı. Sıx baxıma alınan Mehmet Aydoğan, bu səhər Türkiyə vaxtı ilə 09:30 saatlarında həyatını itirdi.

 

Allah rəhmət eləsin.