Ərdoğandan sərt cavab: Vicdansızlar…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda çıxışı zamanı zəlzələ bölgəsində həyata keçirilən işlərdən danışıb.

Xalq.az bildirir ki, dövlət başçısı zəlzələ zonasında görülən işləri tənqid edənlərə sərt şəkildə cavab verib.

O qeyd edib ki, hazırda Hatayda 21 200 əsgər, jandarma və polis işləyir. Ərdoğan guya hadisə yerində polis və jandarmanın olmadığını deyənlərin vicdansız olduğunu söyləyib və həmin şəxslərin saxta məlumat yaydığını deyib.

“Bu dövr birlik, həmrəylik dövrüdür. Belə bir dövrdə sadə, siyasi maraqlar naminə burada mənfi kampaniyalar aparmağı həzm edə bilmirəm”, – Ərdoğan bildirib.

Türkiyə lideri, həmçinin vurğulayıb ki, hazırda fərqli vəzifədə olsaydı, o şəxslər haqqında daha fərqli danışardı.

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşa səfər edərək, zəlzələ bölgəsində axtarış-xilasetmə işləri ilə tanış olub.