Ərdoğandan yeni səfir təyinatları

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyası və Ukraynada, eləcə də bir sıra digər ölkələrdə yeni səfirlərin təyin edilməsi haqqında sərəncamlar imzalayıb.

Türkiyə prezidenti Tanju Bilgiçi Rusiyada yeni səfir təyin edib.

Mustafa Bilgen isə Türkiyənin Ukraynadakı yeni səfiri olub.

Ərdoğan Polşa, Mərakeş və Burundiyə də yeni səfirlər təyin edib.