Əsirlikdə olan qadın pilotunun başına gələnlər

Pilot

Rusiyada həbs edilən ukraynalı pilot Nadejda Savçenko Moskva istintaq təcridxanasının xüsusi blokunda bir nəfəlik kameradadır.

XALQ.AZ-ın məlumatına görə, bu barədə “112 Ukraina” telekanalına vəkil Mark Feygin bildirib.

“Onda hər şey yaxşıdır, özü indi bir nəfərlik kamerada, keçmiş əməkdaşlar üçün xüsusi blok adlanan yerdədir. İstintaq təcridxanasının “möhürçü” adlanan xüsusi bloku var. Onlar istintaq məsuliyyətində olan zaman keçmiş əməkdaş kimi digərlərindən təcrid olunurlar. Çünki onların təhlükəsizliyinə təhdid mövcuddur. Qatarla iki gün ərzində aparan vaxt onda iltihab əmələ gəlib. İndi ona dərman və isti ləvazimat verilir”- deyə Feygin sözlərinə əlavə edib.

Qeyd edək ki, bu gün Moskva Basman məhkəməsi Savçenkonun vəkillərinin onun psixi disponserdə yoxlanmaq üçün qərarına şikayətlərini müzakirə edəcək.