Prezident İlham Əliyev Ərdoğanı qələbəsi münasibətilə təbrik edib

 

58

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə səmimi qəlbdən təbrik edib, ona Türkiyə xalqının firavanlığı və əmin-amanlığı naminə ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana zəng edib.

 

XALQ.AZ-ın Azərbaycan Prezidentinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə səmimi qəlbdən təbrik edib, ona Türkiyə xalqının firavanlığı və əmin-amanlığı naminə ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Azərbaycan prezidenti İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında strateji əməkdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.