1 tondan çox narkotik vasitə müsadirə edilib

Narkotik

İran İslam Respublikasında narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizə güclənib.

XALQ.AZ-ın məlumatlna görə, İranın Bəlucistan vilayətinin polis rəisi general Hüseyn Rəhiminin mətbuat nümayəndələrinə verdiyi məlumata görə Saravan şəhərində həyata keçirilmiş əməliyyat zamanı 1 ton 342 kiloqram narkotik vasitə müsadirə edilib.

Həmin şəhərdə keçirilən başqa bir əməliyyatın nəticəsində isə 555 kiloqram sintetik narkotik vasitə aşkar olunub.

Polis rəisi bildirib ki, hər iki hal üzrə istintaq aparılır.
Onun sözlərinə görə narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizə daha da güclənəcəkdir.