1 yaşlı uşağı dişləyən tərbiyəçi tutuldu

dis

ABŞ-ın Virciniya ştatında polis 24 yaşlı qadını həbs edib.

XALQ.AZ-ın məlumatına görə, 24 yaşlı Tereza Braun uşaq bağçasında tərbiyəçi işləyib. Yerli mənbələrdən bildirilir ki, tərbiyəçi 1 yaşlı körpəni döyüb və onu çiynindən dişləyib.

Hadisə Vaşinqtondan 32 km aralıda olan Vudbric şəhərciyində olub. Qadının sözlərinə görə, uşaq başqa bir tərbiyəçini dişləyirdi. O da uşağa özünü necə aparmaq lazım olduğunu göstərmək üçün onu dişləyib. Ancaq qadın dərs vermək istəyərkən körpəni elə dişləyib ki, uşağın çiynində dişlərinin izləri qalıb.

Polis bu haqda hadisə şahidinin köməyilə xəbər tutub. Şahidin adı açıqlanmır. Bundan başqa, Tereza Braunu hadisəyə aid məlumatları gizlətməkdə də ittiham edə bilərlər. Qadının necə cəzalandırılacağı isə hələ bəlli deyil.