10 manatlıq şirkətlə 75 minlik müqavilə

Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti Yardımlı rayonunda 1 ədəd 4 otaqlı fərdi yaşayış evinin tikintisi ilə bağlı tenderə yekun vurub.

Satınalma müsabiqəsinin qalibi “Girdiman Group” MMC-dir.

Tərəflər artasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 75.683,03 AZN təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Girdiman Group” MMC -nin
12 dekabr 2018-ci ildə qeydiyyata alındığı göstərilir.

Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı İsmayıllı rayonu, İsmayıllı şəhəri, Heydər Əliyev, ev 15 göstərilir. Şirkətin qanuni təmsilçisi Rəşad İsa oğlu Gidayevdir.

Açıq mənbələrdə “Girdiman Group” MMC və onun qanuni təmsilçisi haqqında hansısa bir məlumat yoxdur.

Dövlət satınalmalarının vahid elektron portalında yerləşən məlumatlardan aydın olur ki, barəsində heç bir məlumat olmayan şirkət 2022-2023-cü ildə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti ilə 3 satınalma müqaviləsi bağlayıb. O müqavilənin iksii 2023-cü ili əhatə edib.

Bu il bağlanan digər satınalma müqavilənin maddi dəyəri də 75000 civarı olub.

Nəzərə alsaq ki, dövlət qurumlarına torpaq sahələri dövlət tərəfindən pulsuz verilir, həmçinin bölgələrdə tikinti işi paytaxta nisbətən daha ucuz başa gəlir və idarənin elan etdiyi 3 tenderdə eyni şirkətin qalib olması həmin satınalma müsabiqəsinin şəffaflığı ilə bağlı şübhələr yaradır.