1000 nəfər karantində saxlanılır – Rəsmi

Bu günə qədər 72 yoluxma halı aşkar olunub, onlardan 10-u sağalıb və bir nəfər dünyasını dəyişib.

XALQ.AZ xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov ölkədə tətbiq olunacaq xüsusi rejimlə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib. O bildirib ki, koronavirusa yoluxanlar arasında 2 nəfər xarici vətəndaş var, digərləri Azərbaycan vətəndaşlarıdır.

“Hazırda 1000 nəfərə yaxın şəxs karantində saxlanılır. Xəstəlik aşkar olunan şəxslərin yaş aralığı 29-50-dir”.