“117 xidmətinə zəng edirəm, deyirlər, baş ofisə yaxınlaşın” – Şikayət

4 gündür “Unibank” tətbiqinə daxil ola bilmirəm. Kartımda 90 mamat pulum qalıb. O pulu çıxara bilmək üçün məni göndərmədikləri ofis, ünvan qalmadı.

Bu barədə Əliyev soydlı vətəndaş yazıb. O bildirib ki, artıq 100 mamatdan çox xərci çıxıb:

“117 xidmətinə zəng edirəm, deyirlər, baş ofisə yaxınlaşın.

Rayondan gəlmişəm Bakıya. Baş ofisə yaxınlaşmışam, deyirlər ki, adi ofisə yaxınlaşın, həll etsinlər.

Sabunçu filialında 1 saat 10 dəqiqə növbə gözlədim, sonra dediler get baş ofisə. Şəhəri də tanımıram, baş ofisi tapana kimi 17:05 idi. Dedilər, işləmirik, sabah gəl. Halbuki rəsmi saytda 18:00-a kimi iş vaxtı göstərilir. Adi bir kod yenilənməsinə görə yayın 40 dərəcə istisində 4 gündü küçələrdəyəm. Şikayət edirəm, baxan yoxdu. Kartda cəmi 90 manat var, artıq 100 manat xərcim çıxıb. Bilsəydim, başıma bu qədər oyun açacaqlar, əvvəldən arxasınca düşməzdim”.