13 yaşlı məktəblini qaçırdığı iddia edilən şəxsin yaxınları danışdı

Tovuzda itkin düşüb Xaçmazda tapılan 13 yaşlı məktəblini qaçırdığı iddia edilən şəxsin yaxınları danışıblar.
Qızı qaçırmaqda şübhəli bilinən Xudat şəhər sakini Səfər Kavazovun 40-dan çox yaşı var və ailəlidir.
Üç övladı olan S.Kavazov Xudat şəhər xəstəxanasında mühafizəçi kimi çalışır.
Saxlanılan şəxsin qohumu Günel Kavazova mövzunu eşitdikdə təəccübləndiyini qeyd edib:
“Məsələni bu gün eşitmişəm. Təəccübləndim, ailəli adamdır. Son dəfə onu bu gün görmüşəm”.