14 yaşlı Mədinə itkin düşdü

Bakının Nizami rayonunda yaşayan 14 yaşlı Mədinə Məmmədova itkin düşüb.

XALQ.AZ xəbər verir ki, yeniyetmə qız səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb. Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Mədinənin ailəsi onun itkin düşməsi barədə Daxili İşlər Nazirliyinin “102 zəng xidməti”nə məlumat verib.