Hərbi hissələrin yardımçı təsərrüfatları yaradılıb

 

Azərbaycandakı hərbi hissələrin şəxsi heyətinin ərzaq, təzə tərəvəz və digər kənd təsərrüfatı məhsulları ilə təminatını gücləndirmək məqsədilə hərbi hissələrdə yardımçı təsərrüfatlar yaradılıb.

XALQ.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2016-cı ilə dair hesabatında qeyd edilib.

Qeyd edək ki, son illər Azərbaycan Ordusunda bəzi qidalar rasiondan çıxarılıb, onlar milli yeməklərlə əvəzlənib.

Silahlı Qüvvələr və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin şəxsi heyəti üçün ərzaq payı normaları 2013-cü ilin yanvar ayında Nazirlər Kabineti tərəfidnən təsdiq edilib.

Bu siyahıda əsgərin gündəlik qidalanması üçün müəyyən edilmiş qida məhsullarının sayı 24-ə çatır.