“15 sentyabr – Bilik günü” qeyd olundu

Hər bir məktəblinin və müəllimin səbirsizliklə gözlədiyi 15 sentyabr  – “Bilik günü” Nəsimi rayonunun bütün orta təhsil müəssisələrində böyük təntənə ilə qeyd olunmuşdur. Əlamətdar günlə bağlı rayonun bütün orta məktəblərində böyük hazırlıq işləri aparılmış, yeni dərs ilinin ilk günü üçün  rəngarəng və maraqlı tədbirlər hazırlanmışdır.

Bu gün 15 sentyabr  – “Bilik günü” münasibətilə Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi və RİH Aparatının məsul əməkdaşları keçirilən tədbirlərdə iştirak etmişdir.

Keçirilən tədbirlərdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş,  Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Qeyd olunmuşdur ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında təhsilin inkişafı, imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, Azərbaycan Respublikasnın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  təhsil obyektlərinin yenilənməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilir. Ümummilli Lider Heydər Əliyevin təhsil sahəsindəki siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə  təhsilə olan diqqət və qayğı göz qabağındadır. Mütəmadi olaraq təhsil işçilərinin əmək haqlarının   artırılması, hər il xeyli təhsil işçisinə əməkdar müəllim adı, Prezident təqaüdü və bir sıra dövlət təltiflərinin verilməsi buna əyani sübütdür. Son illərdə ölkədə yeni məktəb binalarının tikintisi və köhnələrinin əsaslı təmiri böyük vüsət almışdır. Ölkə başçısının imzaladığı Sərəncam və Dövlət Proqramlarına əsasən Nəsimi rayonundakı orta və məktəbəqədər təhsil müəssisələrinin də böyük əksəriyyəti əsaslı təmir olunub. Rayon  məktəblərində təhsilin səviyyəsi, şagirdlərin biliklərə yiyələnməsi üçün yaradılan şərait diqqət mərkəzindədir. Görülən işlərin nəticəsidir ki, rayon təhsil müəssisələrinin uğurları artır, məzunlarımızın ali məktəblərə daxil olma göstəriciləri ildən-ilə çoxalır.

15 sentyabr  – “Bilik günü” münasibətilə Nəsimi rayon məktəblərində keçirilən tədbirlərdə  şagirdlərin hazırladıqları bədii kompozisiyalar, şerlər,  məktəb həyatından bəhs edən  və vətənpərvərlik mövzusunda mahnılar, milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayət olunmuşdur.

????????????????????????????????????