16 yaşlı qızı qaçırdılar Sabunçu vağzalında qoyub getdilər

16 yaşlı qızı qaçıran şəxslər qızı Sabunçu Dəmiryolu Vağzalında qoyub qaçıblar.

XALQ.AZ xəbər verir ki, bu barədə “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

Sığınacaq rəhbəri bildirib ki, bir müddət əvvəl bir ata azyaşlı qızının qaçırıldığını və fəryadla onu geri gətirmək istədiyini deyib. Ata qızını qaçıran şəxsin kimliyini də açıqlayıb. Qızının təhsil almasını və ona yaxşı gələcək qurmasına çalışan ata nəhayət qızına qovuşub.

Məlum olub ki, qızını qaçıran şəxslər qızı Sabunçu Dəmiryolu vağzalına qoyaraq qaçıblar. Ata qızını bir müddətlik sığınacaqda qalması üçün ora aparıb.

Mehriban Zeynalova deyib ki, hazırda yeniyetməyə psixoloji yardım göstərmək üçün mütəxəssiz dəvət edilib.