179 nəfər xəsarətlə xəstəxanaya müraciət edib
Qarlı hava şəraiti ilə əlaqədar indiyədək Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 179 nəfərin müraciəti qeydə alınıb.
Bu barədə XALQ.AZ-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, onlardan 89-u qadın, 90-ı kişi olub. 171 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Müraciət edənlərdən 8 nəfərə yerində yardım olunub.